18 Temmuz 2010 Pazar

gözəl elimin gözəlliklərindən

Bizi yaşadacaq, dim diri saxlayacaq, kökümüzü yenidən suvarıb canlandırıb, yaşartacaq, türkün özəl dilini yaşadacaq olan bizim gözəl musiqimiz və onun haqqını gözəl verən oxuyanlarımız, çalanlarımız olacaqlar.
Səhərdən dal ba dal Məsud Əmirsepehrə qulaq asıram, arada Vədud, Lutfiyar, Bulbul, Rəşid, Cavid, Ozanımız Araz, şəmistan, Tunzalə, Xatirə, Nəzakət, şövkət,... elə Youtube da nə gəlir qabağa qulaq asmaqla keçidirəm zamanı.
Pəncərələri açmışam, yellənirəm həm də buları dinliyirəm. Arada da səsimi (eşitmiyən kefin olsun) atıram başıma onlarla oxuyuram.
Necə də gözəldir elimizin mahnıları,səsləri, avaları, avazları, ağızları, Bayatıları, nağılları, dəbləri, oynamaqları, rəqsləri, .......
Bunların sahabı biziq, onlara haqqını verənlərin əlindən öpürəm.
Ingilis bir qılınc nağılını oyandan buyana çəvirir, dal verir, abartır,...min oyun başına gətirir nağıldan nağıl qoşur onu böyüdür dunyaya ingilis ələmi olaraq onu üstün görsədən kimin tanıtdırır.
Bizim o qılıncdan minlərcə kəskin qılınclarımız olaraq... onları belə yaşatmamağa haqqımız yoxdur. Onları biz də yaşadıb böyüdüb özümüzün kim olduğumuzu dunyaya da olmasa baxın elə öz millətimizə görsətməliyiq.
Kim nə düşüncədə olur olsun, kim nəyəinanır inansın, hansı yellərlə əris əssin, ancaq bunları (mahnılarımızı, bayatılarımızı,nağıllarımızı, dəblərimizi,...) hammı sevir.
Dilimizin bu günəcən dim dik ayaqda qalması, və heç bir əsintidən necə güclü olur olsun əyilməməsi və başı dik dup duru su kimin axıb daşıb daşları döyə döyə bizə çatması və hələ də araz kimin axar qalması və bu axıma davam etməsi bunların üzündən olubdur.
Bizim yurdumuzun gözəəliyinə gözllik qatan bu miraslarımız bizə gəlib çatması boynumuza atalarımdan yetişmə bir borc qoydurur, onu olar kimin cap canlı saxlayıb bizdən sonralara yönləndirməsi.
Bir Kitab oxumuşdum, Roots (köklər, iranda Rişeha diyə yayınlanan ) Alex hilinin kitabı. Bir Afriqalı bərdə, Amrikaya qulluqa aparılan bir qara, orda asimilə olan qaralarnan düşüb olar kimin unutmadı kökünü. Dilini uşaqlarının qulağına pıçıldayaraq, onu bir dəb salaraq sinə dən sinəyə yönləndirdi və neçə 100 il ondan sonra Alex hili ona yetirmiş neçə kəlmənin üzündən kökünü araştırıb, tarixi söküb, qaranlıqdan aydına çıxardıb o qara dədəsinin mirasına kökünə sahab çıxdı.
Hamıya o kitanı önərirəm.
Nəysə bunların hamısı Məsudun Vətənimdi mahnısının dalısıca gəldi dal ba dal. Fuzulinin şiiri sanıram bu mahnı sözləri....

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytülhəzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

Edəmən tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

Sağ qalın tüm dildaşlarım
4 mordad Məsudun, barış gurupunun konserini unudmayın, mənim də yerimi Doldurun :)

0 yorum:

Yorum Gönder