17 Ağustos 2010 Salı

Taşkənd 1

Taşkənd

Uçaqda belə həyəcanlıydım... orda nələr görəcəğimdənçox nələr qulağıma dəyəcəyini düşünürdüm. Görəsən dilləri necədir.

Dədə babalar demişkən görünən yerə bələtçi istəməz.Ona görə görə bilinir yerləri şükür allaha gözlərimin ışığı olduğuna görə görəcəkdim.Ancaq eşitdiğim səsləri bilməməğindən şübhəliydim.

Uçaq 1 də oraya çatmaıydı ancaq gecikmə olduğunagörə saat 3 də yetişdi. Çatdığından sonrada saat yarım orda çantaları bəklədi. Hələ o heç bir də ki orda girişdəyanınızda neçə var soruşurdular. Bunu gərək yazardıq ki çıxanda gətirdiğimizpuldan çox çıxartmış olmuyaq ülkədən!

Qarandırıqda çox bir şey görənmədim ancaq elə oqarandırıqda yorgunluğu unutmuş gözlərimi bərəltmişdim hər yerə hər kəsəbaxırdım və doğrusu pis olsa da qulaqlarımı cilləmişdim ki görəm nələr və necədanışılır.

Çox bir zan anşıtmasam da o səslərdən ancaq hərdəntanış sözlər də eşidirdim qulağıma olardəyəndə bətər sevinirdim. Hələ də uşaq kimin anlıyanda biri nə deyir çoooxsevinirəm :)

Burada qulağınıza dəyən səslər ya Ruscadır ya Özbəkcə...yazılar çoxu hələ də cyril alfabesiylə yazılır. Zıkqına-zıkqına o cyrilleri deoxuyurdum ancaq rusca olunca anlamırdım. Herden də zıkqınaraq oxuyunca görürdümtürkcədir. Latincə də yazılar görünür. Özbəklərdən sorduğumda niyə hələ rusalfabeti işlədirsiz deyirdilər çoxdandı deyilib latin rəsmi alfabet dir ancaq hələalışmayıblar və gördüğünüz kimin devlət də yazıları xiyabanlardan yığışdrmayıb.

Burda çoxlu rus da yaşıyırlar. Okraynalı, Rus və... buraya neçə nəsil öncə köçüblər və ana dədələri də burda doğub. Onlar yerliruslar olublar.

Burda kimsə özünü rus ya farslara bağlamır. Mənimirandan olduğumu biləndə ilk gard bağlayan kimin olurlar. :) bizim dildəsizin kəlmələrdən biraz var deyirlər ancaq bizim dil türkcədir həm çoxlu kəlmələrhəm grammer...

Belə qabaxdan gələnlik etməkləri və belə bir sözdeməklərini xoşlayıram. Onlara mən də türəm. Iran türkü və iranın da hər biryerində türklər yaşıyırlar çoxunluq olaraq diyəndə bətər sevinirlər.

Necə gözəl duygudur birini uzaqlarda öz kökündənsoyundan bilmək və onunla anlaşmaq. Özbəkcə danışanda mən çətinliqlə də olsaancaq anşıdırdım və anlamağa çalışırdım.

Bu getdikcə daha qolaylaşır. Və eşitdiklərimianşıdıb anlamını da ayırda bilirəm daha.

Əmir Timur Meydanında onun heykəlinin yanında əkizsalmaq için bir balaca oğlandan istədim. Ona dedim ki mənim əkizimi salarsan? Oda başını hə olaraq tavladı əlimdən kameranı aldı.

Basacağı düyməni görsətdim dedim buna bas.... dedimənə kop basım (möhkəm basmaq)? Dedim həyə J bir balaca uşaqla orda anlaşa bildiğimə görə buheç də yekələrlə də çətin olmaz.

Hotelimin qabağında bir tablo var, Ucell inreklamıdır. Ordaki olan yazını oxuyub anladım.... durun sizə də yazım :

Yanada ko'prog'ini kuting

Ucell dan 3G texnologiyasi

Siz qayerda bo'lsangiz- internet ham o'sha yerda!

3G hududi doimo kenqaymogda

-----------------------------------

yene de çoxluğunu gözleyin (expect more ....)

Ucell den 3G teknolojısı....

siz həryerdə olsanız-internet de o yerdə!3G alanı dayima yanınızda(where ever you are, internet is also there!)(3G coverage always is beside you.)

bunu bir özbek qızına beləanladım dedim qız şaşırdı... dedi mənbelə özbəkcəni bu boyda bilmirəm.:p 3 həftə mənə özbəkcəni öyrənməğəyetər dedi :))

Office də millət rusca birbiriylə danışır ancaqolara mən istirəm özbəkcə öyrənəm rusca yox mənimlə özbəkcə danışmağabaşladılar. Görəndə də ki başa düşmürəmingilizcə anlamını deyirlər.

Hələ burada Ruslara oxşayan ancaq Tatar kökənlilərvardır. Olar daha öz dillərini çox bilmirlər. Ya Rusca yada özbəkcə bilirlər. Ancaqolarla danışanda (mən də ki zorla türkcə danışdırıram hamını :P ) ortaq kəlmələribaşa düşəndə bətər ilgilənirlər. Birisinə Turkic dillərini diyəndə və Altaicdilləri elə ilgiləndi ki görürəm daha Tatar türkcəsiylə Özbəklə mənimdanışdığım Az. Türkcəsini hey qarşılaşdırır. Və anlamağa çalışır. :p

Deyim sizə Özbək ləhcəsiylə eşitdiğiniz ya oxuduğuzhər hansı türkcə kəlməni anlamaqda çətinlik çəkməzsiz. (mən çəkmədim ənazından)... bu türkyəlilər için daha çətindir! Biz ortada oluğumuza görəgörünür daha qolayca iki tərəfi də anlayırıq. Istər doğu türklərin ləhcəsiolsun istər batı türklrin ləhcəsi.

Taşkəndə gəlsəz gözə dəyən zadlardan biri şəhərin təmizliği,xiyabanların genişliği, adamların çox isti qanlı olmaqları, və əski kültürləmodern kültürün bir biriylə çox gözəl anlaşıb yan yana yaşamağıdır.

Şəhər çox moder gözükür, adamların geyimi modernancaq elə həmin şəhərdə əski milli paltarları giyənlər də var! O paltarlarınyenilənmişi modernlənmişini giyənlər də var. Bunu qızlarda və qadınlarda dahaçox görə bilərsiz.

Şəhərin içində sokaklarda yeni binalar da vardır, kərpişlibinalar da vardır və yeni düzəlmiş palçıqla gəjxaçlanan binalar da! ( birresturan varıdı, onu palçıq kərpişlə düzəldib sonra gəjxaç yerinə də bizim İrinddəolan əski evlər kimin duvarına suvaq çəkiblər... Suvaq yazda özəl qırmızıyuyulmrpaqla samanın qarışımıdır). Oranı bətər sevdim... dil yaxınlığı yanındabelə zadları da görəndə, ədə elə bular özümüzdəndilər içimdən keçir.

Buranın yeməklərindən çox deyənmərəm axı yediğimmodern yeməklər olub bilirsiz da yağlı yeməq işim deyil. Onsuz da buraya gələndən çöçəlmişəm :(

Bir dəfə bir Rus işdaşım məni və bir azərbaycanlıişdaşımı yeməğə və şəhəri gəzməyə götürdü. Onda bir zibilli pilav yedik J içindəçeşir, kişmiş, noxud, lubiya, ... varıdı. Çox yağlıydı ancaq yeməliydi. Biraz daşirinidi.

Buranın bətər təmişk və xar tutu var. Bir də bir özəlAyran: "Kefir". Rəngi sarımtıl , biraz ğəliz və çox içməli bir Ayrandır. Kefirimən Türkyədə və İranda da içdim ancaq bu başqaydı, oların boyası da ağıdı bubiraz sarımtılıdı. Eliyə bilsəm alıb özümlə türkyəyə aparacam.

Özbəklərin çox sevdiği Əmir Timurun bir böyükmeydanda heykəli və onun yanında Muzesi var. O Muzede Özbekistanda böyük Türkimpiraturisinin keçmiş şahları və hakimlərinin rəsimləri və əl yazıları ozamanların pulları və başqa əşyaları da vardır.

Hamısından əkiz saldım paylaşabiləcəğimboydasınıhamıyla paylaşacam.

Özbəkistan gəzişim hələ 10 gün daha sürəcək və bu gəzişdənsizlərə genə də yazacam.... görüşmək üzərə



bələnçi qoysam lap gəncə qumarbazlarına oxşayıram :)))))))))) bu papağı almayı düşünürəm :D

1 yorum:

  1. salam ablam
    nasilsin? ne iyi ki canini qeter,erebistan ve bele olkelerden qurtarib indise Turk bolumleri ile tanish olursan.maraglandim taskende.ggozel yerimish
    xoshca qal
    efsin
    www.jajin.blogfa.com

    YanıtlaSil