

Bu gün qardaşımın gəzdiyi yerlərin şəkillərini gördüm. Amrikada. Doğrusu o çay rəsimləri, şırşır rəsimləri məni götürdü apardı kəndlərimizə.
Kəndlərimiz dedim :) axı mən iki kənddən sayılıram. Baba kəndim İrind, ana Kəndim Qalacıq.
Irind makının girişində, qalacıqsa makının çıxışında.
Biri birindən gözəl. İrindin ərik bağları, şır şırları, babam deməli (hac seydalı sı), cilli bulağı, subasarı, sarı suyu, su dəyirmanları, göy narın turş almaları, dağ pencərləri, buğda-yonca-badımcan-...yerləri, davar sürüləri, hac leyləkləri, bax lap belə çalağanları :D
Qalacığın, dam dam macası, sərdar imarəti, zəngimarı, cəvizləri, ...
Dedim Hacseydalı... ora haradı və nədir soruşsaz! Ya da soruşmasaz da mən genə üzümə salıb deyim :P ilin hər çağında orda sərin yel əsən bir yerdir dağda. Oraya millət yayın istisindən gedib gözəl gözəl yellənib sərinləyib gələrdilər.
Bizim kəndin su dəyirmanlarından daha öncədə demişdim. Indi o 15 yekə su dəyirmanından yanlız 5-6sı qalır olara da sahab çıxan yoxdur. :( o zamanlar irindli öz buğdasını özü ütərmiş o dəyirmanlarda. Başqa kəndlərdən də istər türk kəndləri istər kürdlər gəlib orda ütərmişlər buğdalarını.
O dəyirmanları ayarı varımış o aya r yanlış set olsaydı , buğda iri ya da çox toz olmuş halda dəyirmandan çıxardı. Yarma kimin ya toz kimin.
Bizim bir məsəlimiz var, birindən adamın acığı tutanda deyirlər: cin deyir bir daş altdan bir daş üstdən qoyum əzim tərəfi.
Bu da əl dəyirmanlarından gəlir. Bilirsiz əl dəyirmanı da iki daşdan oluşturulur. Bir daş altda olur. Biri də üstdə ki o üstdə olanın bir dəliyi var ki ordan buğdanı az az tökürlər içinə. Bir dəliyi də balaca olur ki oraya bir ağac dalı keçidirlər əl için. Onu tutub daşı alt daşın üstündə dolandırırlar. Buğdalar bununla öyütülür.
Gələn gəzişimdə bu dəyirmanların əkizlərini salıb paylaşaram.
Görüna amrikadan irində gediş oldu bu gün. Gəzib dolanmaqdan doymuram ancaq hər haraya gedib görürəm genədə dönüşdə canım irindi qalacığı gözəl daş makını istiyir.
Doğurdan irindin fərhad eyvanını demədim. Bir dağ döşündə bir mağara kimin yer var. Ancaq dərinliği mağara kimin deyil. Sanki biri oranı dağın döşündə deşib daşları salıb yerə belə bir yer düzəlib. Oraya bizim tərəfdə fərhad eyvanı deyirlər. Yazıq fərhad qazıb qazıb ama şirinə çatmadan əli üzülüb bu dunyadan.
Yeni işimə burda başladığım için hələ uzun izin alanmıram, bir il dözməliyəm. Sonra bir 2 həftəliq izin alıb dönəcəm vətənə:) gözəl gözəl oraları gəzib, doya doya havasını çəkəcəm içimə.
Hələ bu dolanmaq Lalələrin çıxma zamanı olursa, dəmir təpəyə gedib sərələnəcəm çəmin içində lalələrin içinə. Gözlərimi tikəcəm ağrı dağlarının qarlı bulutlu başlarına neçə saat dincəlib fərahlanıb düşəcəm yola.
Dəmir təpənin üstündə yazda (yay yoxaaaaaaa , axı türkyədə yaya yaz deyilir) bu güllər var: Lalə(sarı, qırmızı), qurd qulağı, Qardaş qanı. Pencərlərindən də: Çaşır, çeşidli cöbələklər, dombalan, murtcalıq ........... ağzım sulandı :P
... da çox sayıqlamadan qurtarım bu qarqatışıq gəzişi :)
Yeni zəfərlərlə açılır səhər,
Mahnılar yüksəlir burdan hər yana.
Dövləti, varıyla gözəl kəndimiz,
Şan-şöhrət gətirir Azərbaycana.
Şöhrəti, şanı var
Kəndimizin,
Gözəl dövranı var
Kəndimizin.
Bizim dağlar kimi uca dağ hanı?
Gümüş şəlalələr köksündə çağlar.
Ətriylə məst edir çöllər insanı,
Görənlər bu yerə könlünü bağlar.
Kəndin zinətidir meyvəli bağlar,
Məhsullu tarlalar, geniş düzənlər.
Ceyranlı dərələr, sərin bulaqlar,
Tarlada səhəri açan gözəllər.
Sağ qalınnnnnnnnnnnnnnnn


salam
YanıtlaSilnasilsin?
coxdandir yok mu san?
efsin
jajin.blogfa.com