28 Aralık 2010 Salı

Qarsızlamışam


Bu gün hava bətər tutqundur, lap qar havası. Ancaq qardan xəbər yoxdur.

Qar məndən küsüb sanki!!!

Mən qorxuram bu gedişlə Qutuba da getsəmorda Qarlar yox ola!

O üzdən amandı mənim ayağımı bağlayın, oralara getmiyim!

ən böyük diləyim az qalır, QAR ola .

o qədər dedim “ey güvəndiğim Dağlar, sizə də mi Qar düşdü!” , tanrı məni cəzalandırdı L

bir tətil günü oyanam, qar yağmış ola, dizimə gən qar ola. Kürəyi götürəm evin qapısının ağzının qarlarını qırağa verib çıxam eşiyə.

Doyunca, ya da daha düzü donunca qarlarla oynuyam, qar topu düzəldəm, qar adam, qar quşu, ... əllərim soyuqdan pişincəyə qədər!!!

Hələ pişdiğində dönüb evdə issi sobaya tutanda əlini ki biraz istiliyə elə bir acışsın ki gözlərim yaşlansın J mazoxist deyiləm ancaq Soyuqun, qarın, boranın anlamı budur. Qışın anlamı budur və Doğanın yasası budur.

Hələ o an bir issi çay dəmliyib içəcəksən. Çay soyumadan issi issi dilin yana yana. Çayı udunca için yandıra yandıra.

Uşaqıdım, evimiz daşlı makıdaydı. Onda qışlar doğurdan qışıdı. Bizim həyətin qarını babam yığanda həyətin bir tərəfində qar təpəsi düzəlirdi. Bir Hülü ağac varıdı qabax həyətimizdə. O qalırdı qarların altında. O qarların altında qalan hər nə bayramdan sonra qarlar əriyəndən sonra çıxardılar. Orda quylanan tapılmazıdı.

Mən həyətdə gecə yarısı çıxardım (8 yaşım olardı) eskimu evlərindən düzəldərdim. Qar adamdüzəldərdim... gecə qarlarla oynamaq ,çırağın altında başqa gözəlliği varıdı.

əllərim acışmaya başladığında ancaq çox acışınca daha evə dönərdim.

Qarda oxullar tətil olduğunda küçələrdə(sokaklarda) uşaqlarla qar topu oynardıq. Canasinər vırardıq birbirimizi qar toplarıynan. Kimsədə ağlamağa düşməyincə qaçmazıdı.

Tehrana getdiğimizdə də ilk 1,2 il qar üzü gördük. Ancaq son oldu.

Onda da oxuldan geri dönüşdə bizim evə maşınlar çıxanmazıdılar. Bir üz yuxarı yl varıdı ta dağın ətəyindəydi evimiz. Aşağıdan löhlüyə-löhlüyə çıxardım evimizə. 1 saat çəkərdi ancaq onun kefini heç nəyinən dəyişdirmək olmaz.

Ayağın züvməməsinə görə gərək qar üstündən yol gedərdim. Qar üstündə yol getmək ağır ağır olur. Ayağın altında qarın xırtıllamasını his edirsən və bu səs elə dincəlticidir ki. Ağzından çıxan buğlanmış nəfəs. Üzünə çırpınan soyuq nəmli hava. Qızarmış burun. əlcəklərin geyədiysən acışan üşüyən əllər. Canın qızmırsa qalın qəyyim paltarlarda, titriyən canın.

Çəmli hava. Qarlı yer. Ağapbağım qarlı ağaclar. Qarüstündə ayağ izləri. ...

Qarı özləmişəm mən!!!

2 yorum:

  1. chok guzel yazidir.. eliniz var ve qeleminiz yazar olsun.

    YanıtlaSil
  2. Çox sağolun. sevindim bəyəndiğinizə

    YanıtlaSil