6 Ocak 2011 Perşembe

Səs Salma daaaa, qoy yatsınlar..........


Səs Salma yatanlar oyanar qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın
Tək tək oyanan varsa da həq dadıma çatsın
Mən salim olum,
cümlə cəhan batsa da batsın


deyibdir, Mirza Əliəkbər Sabir... və necə də gözəl deyib.
Bir kəndə ki girirsən görürsən hamı gözü qıpıqdır, sən də ol gözü qıpığ.
Bunu da dədə babalarımız deyir.
Deyirlər, və  də deyirlər, ancaq bu merata qalmış ürək bunu dinləmir axır. Nə gözünü qıpır. Nə də səs salmaqdan, hay-küy eləməqdən durur.
Deyir bəlkə bu dəfə atdığım daş dəydi.
Ancaq atdığı daş da daldan atdığına görə, topuğa dəyir. Onu da sayan yoxdu. Incisə belə mırıldayın, söyüş deyib, yamanlıyıb, hızını çoxaldır və uzaqlaşır.
Özün vurusan o taya, bu taya,  olmur ki olmur. Beyinlərinə girmir ki girmir. Bilmirəm o beyin nədən düzəlib. Girsə belə orda itir, bəlkə də əriyir!
Ya da inadına çortalmış beyinlərininin paslarını, paxırlarını qazıb yeniləndirməğin qabağında dirənirlər. Niyə? Axı pası, paxırı qaşımaqın özü acı verir. Incidir. Eee bu sancıyı, ağrıyı hər kəs çəkənməz. Sonu paslardan qurtulmaq olsa belə.
Elə onda öz özüyən dyirsən,  mənə nə!!!!
Ancaq bu mənə nə-yin üstündə nə boyda dayanabilərsən. Orası çətindir.
Axı elə o dirəniş sən də də var! Olar da da :)
“Deyir: qaçan da allahı çağırar, qovalıyan da. “
Genə dədə baba sözüdür :)
Elədə buyuraq atımızı surəq. Dişə diş
Görək sonunda unçu mu sıçacaq , dənçi mi.
Bunu da dədə babalar deyiblər.
Yaşasınlar hər zada bir sözləri varımış. Adam sözlərinin bütünün bunlarla da başlayıb, heç bir başqa zad soxmasa da ortasına sonuna gən sözünü deyir, məmməd qulusunun yetirər.


Bu yazıya da deyəq, bu günün saçmalamaları


-------------------------------------------------------------


MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR
 
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti-tarixi-cahani,
Əyyami-sələfdən demə söz bir də, fılani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömrdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi-vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim ucalansın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, --
Biz də edərik aləmi-röyadə tərəqqi;
Millət nесə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!


Mirza ƏliƏkbər Sabir "Hop-Hop Namə"

1 yorum:

  1. salam ablam
    nasılsın? çoxdandır yoxsan. yerin boş Tahrana habelə Azərbaycana olduğca qar yağıb.
    yoldaşlar həpisi salam söyliyorlar
    kəndinə iyi bax
    Efşin
    www.jajin.blogfa.com

    YanıtlaSil