16 Şubat 2011 Çarşamba

yazının adı yoxdur hələlik

Quru bir soyuq hər yeri bürüyüb. Eşiyə çıxmasan belə için sızıldıyır.
Qara deyil , boz la qara arası , açıqdan tutgun rəngdə olan bulutlar göy üzünü tutub. Araberə göyün göz qamaşdıran gözəl mavisi də buludlar arasında olan balaca bacalardan görünür.
Göyə ucalmış tikintilər arasında duru dəniz görüntüsü gözə dəyir. Suları dalgalandıran gəmi keçişi hərdən bir dənizin durgunluğunu pozur. Sallana sallana keçirlər maraqlanan gözlərimizin qabağından. O gəmilərin birində olmaq istərdim. Hara getdiği önəmli degil. Ancaq bir mən olasım gəlir, bir ucu dibi bilinməyən dəniz bir də gəmi.
Özündən başqası olmayan yerdə savaş da olmaz, doğal istəklərinin basdırılmasına, yasaqlanmasına qarşı qanlar töküləcək savaşlar olmayacaq.
Dolaşıq ilişgilər , qarışıq siyasətlər, yalanlar içində çabalayıb doğruları azacıq olsa da eşiyə çıxartmağa dirənişlərdə çətinliğə yanlızlığa düşməyəcəğin yer kimsələr olmayan yerdir.
Yoxsa görüncə səssizliğə dayananmır adam. Səsin çıxartmayıb dişlərin güclə qıcıyacağında da öz omuzlarına ağır yük daşımağı sağlayırsan. Istər istəməz bu qarmaşanın bir parçası olursan.
Bulutlar arasındakı arada bir açılıb bağlanan bacalardan günəş saçır bir ısıntı canına keçir sonra gəldiği kimin çıxır gedir.
Yanlız yeli, suyu, günəşi, ... doğanın gözəl yönlərini düşünürkən hər bir sıxıntıdan uzaqlaşırsan. için bom-boş olur. Beynini qurcalayan heç bir zad yoxdur. duru suların səssiz dərinliğinə dalırsan.
Bu yuxu kimin halından çıxmaq belə istəmirsən. Çıxacağınla stresli dunyada addımlamağın ürək qıjıltısı çıkməğin, üçünən beşin hesabını getməğin bir olacaq.
Yanlızlığın gözl yönü də var inanın. Yanlızlığın acısını belə yanlızlığında gedərəbilərsən. Yetər hər hansı bir zadı yaradacaq yetənəyin olsun. Bir balaca rəsimdən tut balaca bir oyuncaq, süs, ... ta böyük hər hansı bir sevdiğin zada.
Pencərədən genə bir salxım günəş girdi içəriyə. Bulutlar getməkdədirlər. Daha ara berə açılıb bağlanan bacalar genişləşib. Bultlar ağarıb. Panbığ pambığ güyün mavisini oxşayırlar.
o pambığsı bulutların üstündə yatacağın gəlir. Daha dərinlərə dalmaq için.
Ağ, pambığ, göy, mavi dən yazırkən gözüm narincylə yoğun sarı, ortasında bir balaca yaşıl çöplü, parlayan bir portağala sataşdı. J bətər göz vırır. J

Kəsim hamınızla paylaşım .
Buyurun canınıza sinsin.










0 yorum:

Yorum Gönder