3üncü 10 ilə doğru, (belə deyincə çox da üzün sürəc nəzərə gəlmir ancaq ömürdü fışıltıyla geçir gedir...) istiyirəm 2 on illiq yaşamımı gözümün önünə gətirəm. Nələr keçdi o çağlarda ...
Birinci 10 il :
Bir kənddə doğuldum, siz deyin Rend mən deyim İrind. O zamanlar babam əsgəridi. Hərdən ki evə gəlirmiş mən ən başda uzaqda oturub səssizcə diqqətlə baxarmışam. Yavaş yavaş donum açıldıqca başlarmışam şuluqluğu oynamağı. Babam deyir onda ən sevdiğim oyun babamla buydu ki oturardım yanında, qıçlarımı uzaldardım babama sarı, deyərdim, “Baba, Baba Cobu” :p
Babam da ayağımın baş barmağımı tutub, oynadıb deyərmiş: Cobuları var Cobuları var , elmiranın, elmiranın ... bu da bətər mənim xoşuma gedərdi.
Kəndimizdə evimizin həyətindən balaca bir arx geçirdi, həyəti yarıya bölüb bir duvar altından keçib bir daha böyük çaya tökülürdü. (sarı su) o arxın geçdiği dəlikdən bizim ördəklərlə balaları geçib gələrdilər, mən də olardan öyrənərək o dəlikdən geçib çay qırağına gedirdim :)
ən eski yadımda qalan yaddaş o çağdan və heş unutmadığım və babamın dediğinə görə 1 yaşımdaydım onda buydu ki, bir gün nənəmin gözlüğünü almışdım əlimə oyuyurdum. Babam mənə deyirdi Elmira o səndən yekədi, onu qoy yerə yıxılacaqsan :), mən də ki sözə baxan :D əlimdən ötürmürdüm. “ kor tutduğun buraxmaz” da
bizim ev iki qatıdı, ikinci qatdaydıq alt qat mutfağıdı. Gözlük əlimdə qaçdım pillələrə sarı. Özümü saxlıyanmadım helləndim aşağıya. Merata qalmış bir yekə qərə əğrəb deməli pillələrin altında məni gözlürmüş. Mən düşər düşməz əlimi sancdı. əlim acışmaxəmin uşaqaləmi ağzıma götürürkən merat ikinci həmləni də dilimə etdi düşdü. Mamam məni düşməğimə dalımca qaçmışdı ancaq əğrəb o yetirincə işini görmüşdü. Ama mamam başmaq tayıyla onu öldürdü. Məni aldı qucağına mənim ağlamağıma o da ağlamağı tutmuşdu. Tez mamamla, nənəmlə, Leylan əmməm (babamın əmməsi), məni avındırmağa çalışdılar və əlimə dilimə hey qatıq sürürdülər :)... bunu 1 yaşımda yaşamışdım, hər anı yadımda ancaq babam inanmır 1 yaşımdan necə belə gözəl ayrıntılı yadımda olduğunu :), Leylan əmməm elə o ilisi bu dünyadan köçdü. Allah bağışlasın.
Nənəmin bir gizəmli böyük Sandığı varıydı, kimsə onun özündən başqa açmazdı onu. Mən onu qurcalamağı çox sevərdim. Bizim kəndimizdə bir cürə ot çıxardı ki üstündə lap balaca dənələr olardı ona bizovşa deyirdiq. Bizovşanın tibbi xasiyəti də varıdı ancaq nəyəgörə mən bilmirəm! Çox az tapılırdı, və çox narın olduğuna görə də dənələr gərək bir çox otunu yığıb sıyırardın ki bir şişə dolsun. (çaxır :p şişələrinə doldururdu), onu bərk bərk qapağını bağlıyıb qoyardı sandığına. Mən bizovşanı çox sevirdim. O sandığı göz göz eliyib necə olur olsun açıb oğurlardım Nənəmin bizovşalarını :) Nənəm üzülürdü ancaq heşşş mənə herslənmirdi. əmimin uşaqları o işi görsəylərdi dayağını da bətər yeyirdilər ancaq Elmira eləsəydi ona söz yoxudu :P onlara çox tapılan çədənə yetirirdi, mənə özü də arada yavaşca bizovşa verirdi.
Ilk çərxi olan kəndimizdə mənidim. Qızlar oğlanlar yalvarardılar minmək için, offf mən də ki verən bəşər deyildim :)))) . minərdim sürərdim düşərdilər dalımca boylum mən də kefinən gülərdim. :D
Mənim babamın bir əmməsi daha varıdı, Xanım ana deyirdiq ona. Çox gözəl ürəyi saf və mənim kimin çılqın birisiydi :) mənə deyirlər ona çəkmişəm jenetikdə. Xanım anam gözəl nağıllar deyərdi bizə ki hamısından çox mən “Sarı İnəki” sevirdim. Nənəmin və Xanım anamın saçları həmişə hənalı, qırmızı və bellərinəgənidi. Xaım anamın iki sözünü heş unudmaram:
birsi özü qoşduğu iki beytidi tehrandan dönüşündə demişdi: “Arpaya cov dedilər, Buğdaya gəndim .... Darıya ad qoydular, mən qoydum gəldim”
birsi də buydu “ bir oğlan gedir tehrana iki ay qalır dönür, kətdə yol gedəndə yerdəki mal po...unu görsədərək deyir: in qupbə qupbə ha çiye? – biri dönür deyir: Ay bala olar elə sənin öz sı..dığın qalaxlardılar da”.....
Mamamın doğduğu kənd də Qalacıqdır. Makının o biri başında, Beş-gözdən sonra. Anam(mamaın maması) gilin həyəti çox gözəldir, böyük bağlı bir həyət, içində yekə balkonlu bir ev. Ki hər zaman balkonu döşüyüb orada oturarıq. Ortasında bir o zamanlar yekəəə indiysə xırdacana görünən bir havız varıdı. Mənlə xala qızlarım orda çimərdiq , oynardıq, bir şap-ba-şap salardıq ki gəl gör.
Evin dalındakı dağlara dırmaşardıq, soyuq sulu dağdan çıxan bulağı, Dam-Dam-macaya gedib əylənərdiq. Oğurunca Xanın İmarətinin həyətinə girərdik :D xırdalıqda etmədiğim yaramazlıq yoxudu. Ama heç birisi kimsənin canını acıtmırdı əksinə hamı sevirdi :)
Ağa babamın o həyətdə əkdiği bir yekə cəviz ağacı varıydı. O cəvizlərin yaşıl olduğları zaman mənim işim oları yığıb soyub əl qolumu qap qara eləməğidi sonrası da utanırdım eşiyə çıxam.
5 yaşımda olanda Makıya daşındık. Gözəl bir ev düzəltmişdi orda babam. Yekə bir ev, dalda və qabağında həyət. ( dal həyət , qabağ həyət deyirdik) dal həyətimiz bir bağ kiminidi. Doluydu çeşidli Güllər, ağclarla və çoxlu kərdi əkmişdik. Per-pencər, kavər, şividdən tut ta çilək və qırmızı badımcana.
Onda Riza dadaşım da 3 yaşındaydı və Ata dadaşım da Makıda doğuldu. Yanı içimizdə xırda qardaşım şəhərlidi biz kətdiyik :p Rizadan 2 yaş və atadan 5 yaş yekəyəm . mənim canımdan çox sevdiğim iki ay parçası, gözəl, ağıllı, yaraşıqlı, sevgili qardaşlarım.
Sarı tabloda, Məəlim küçəsində, 100 numaralı gözəl evimiz. Oranı yenidən alıb özümüzün etməğini elə çox istiyirəm ki. O evdə yaşadığım bütün anılar, sevincləriylə(milyonlarca), üzüntüləriylə(barmaq sayısında) unudulmayacaq boyda sevimlidirlər.
Altı yaşımdan oxula getdim. Ana oxulun birinci sınıfından qabax bir il də ona hazırlaşaq diyə bir sınıf qoymuşdular. Orda oynuyub, oxuyub bala bala farsca sözləri öyrənirdik!
Birinci gün oxula getdiğim günü gözəl xatırlayıram. Mantov-məğnə geyib bir balaca qırmızı,üzərində qərə çizgili çantayla, babamla getdik. Orda oxul həyətində mənim kimi ilk gün gələnlər varıdı ki başlamışdılar zırımpanı və ağlayırdılar. Babam gördü mən onları görüncə gözlrim dolmağa başlayır dedi: onların dədə anaları məəllim deyil, bilmirlər oxul necə yaxşı yerdi :) ona görə qorxub ağılıyırlar. Sənin həm maman həm mən məəllimik üstəlik sən qorxaq deyilsən. Mən də bunu eşidib şişələnib onlara gülümsəyərək qatıldım sınıfıma :)
Evimizdə biz heş bir zaman doğduğumdan Farsca danışdırılmadıq, ay ləhcəsi olacaq, ay hamı güləcək diyə bir cahil düşüncəsi evimizdə yoxudu. Belə bir zadı da heş yaşamadıq. Oxulda dərslərimizdə də həp birinciydik.
Oh oh yaramazlıqlarımdan deyim :), bir gün oxulda aşılamağa gələcəklərdi (vaksən vırmağa) o gün mən o biri sınıfda aşılamağı başlayınca bala bala çərtib oxuldan qaçdım, :) bizim oxula yapışıb bir orta oxul varıdı ki xalamın qızı orada oxuyurdu. Onu tapdım qucağına girdim ancaq o məni aldatıb yenidən qaytarıb və iynəni vırıncayadək orda qaldı.
Bir gün də babam məni xəstəanaya götürmüşdü orda doktor iynəni görsədincə mən iki ayağım varıdı iki dənə də alıb, tu-dabana qaçdım. Babam da arxamca qaçır ki məni tuta.
Ancaq xiyabanın ortasında məni tutabildi. Və iynədən sora mənə yeməli şeylər alacaq diyə başımı səriyib doktora götürdü və o iynəni mənə vırdılar ......
Bir gün də oxulda genə hamıya mən daha güclü və qorxmaz olduğumu görsədəcəm diyə oxulun üst həyətinin nərdələri üstünə çıxıb orda yol gedirdim ki məni Nazim görüb qulağımdan yapışıb Səf başı hamıya rəzil etdi :))) ancaq sınıfımın birincisi olduğumdan dolayı kötəy yemədim, mamamı da çağırmadılar :p
Kuçəmizdə ən sevdiğim oyunlar, qızlarla ip oynamaq, ya oğlanlı qızlı; qavala qaşdı, hülü qəyda, oğru-polis(çərxlərimizlə), 7daş, 3daş, Qəcəmə daş, şobə-şobə(gizlənmac), ... oyunlarıydı.
Mamamla babamın gözündən iraq o biri küçəyəgən sürürdüm dönürdüm :p oğlanları səriməği, dalıma salmağı və olarla alay eləməği çox sevirdim ! 9-10 yaşlarımda məndən bir neçə yaş böyük qız yoldaşlarımın dediğinə görə neçə oğlan uşağı məni sevirdilər(uşaqca), ən çox oları iş üstünə qoymağı sevirdim . uşaqlıqdan ac aparıb susuz gətirməği öyrəndim. Çox yaxşı yadımda 2sinin məndən xoşlanmağına sinir olurdum. Gəbərtə bilsəydim gəbərdərdim. Biri çox tənbəlidi ona görə. Biri də özünü prof bilirdi və mənim də dərsim bütün qızlardan yaxşı olduğuna görə xoşu gəlir sanırdım ona görə. O biriləri də keyiflə əzilib süzülüb alayedib sora gülürdüm.
Hələ bir ara 8 yaşımda ki daha oxulda siz 8 yaşdan təklif yaşına girirsiz namaz oxumalısız dedikləri zaman zorla çadra tikdirib çadralandım da.... offf necə də çadralanmaq. ən sevdiğim iş çadra örtəndə balaca tühlərimi eşiyə qoyub süzülməğidi.
Mamam o zaman mənə rəh-bə-rəh paltarlar sarafonlar, buluzlar ətəklər tikdirərdi geydirərdi. Hər gün bir paltarla eşiyə çıxardım. Çadralı-çadrasız :)
Yaz və yayları hər həftə sonu kəndimizə gedib orda işlərdiq yerlərimizdə. Çağlamaq çağı çağardıq, dərməq çağı da yığıb dadlı dadlı yeyərdiq.
Həyətimizdəki ağaclara kuçəmizdəki uşaqlar sırıx çəkərdilər. Bağıdan da həm qonşulara həm oxulda öyrətmənlərimizə yığıb verərdik.
Yazda makı-türkyə sınırında Dəmir təpəyə (Ağrı dağlarının ətəyində iran tərəfində bir dağ) gedib, ordan Uşqun, Murtcalıq, Lalə, Qardaş qanı, Donbalan, Boğa tikanı, Cöbələk, Çoban kipriyi, ... (dağ pencərləri) yığardıq.
Mənim 10 ilim beləsinə keçdi :)
Riza, Ata ve Men
Demir Tepe, Daş makının Dağı, dalımızda görünen de Ağrı dağıdır
men balaca olanda :)

0 yorum:
Yorum Gönder