Deyirəm Dil hər zadı andırır. Hər zadı aydınlatır, hər zadın anlamıdır, anasıdır, çırasıdır(çırağıdır).
Deyirlər elmira biz özgür olaq sora dilə yapışarıq! Deyirəm dilə yapışmasan özgür olanmazsan!
Sənin dilin əlindən ala ala, dil qolunu qıraraq, içinə başqa dillər qataraq , hər zadını əlindən alıblar.
Geri qaytarmaq istəyirsənsə kökdən başla....
Dilini tanıdıqca... (bu elə 3 gramer , 4 sözlə qurtulmur, onun kökü var, tarixi var, mitolojisi var, quruluşu var, dalları var, ... ) “ÖZ” kökünü, kimliğini ... daha güclü olduğunu daha eski olduğunu daha gözəl olduğunu, daha bilimsəl olduğunu gördükcə kim səni tutar özgürlüqdən!!!
yanı bunu görmürsüz dili ala ala kölələşdiriblər? Asimiləliq nə deməq? Özünü itrməq! Budağını tanımayan dayanacaq tapanmayanın yeni dayacanaq axtarması deməqdir.
Dilimizi ala ala kor eliyiblər, sora qabağımıza özlərininkini atıblar onun yerinə... KOR TUTDUĞUN BURAXMAZ...
Yerlərimizin adlarını dəyişdikcə, türkcədən uzaqlaşdırdıqca onun tarixini kökünü də dəyişdirdilər.
Adlarını farslaşdırdıqca onun hardan nə çağdan olduğunu itirdirtdilər bizə.
əlimizə ərəbdən aldıqları ŞİİRi verib başımıza taptalıyanda -sizin dil eski olsa bə niyə neçə il qabağagən şiiriniz yoxdu onlar farscaydı- dediklərində mal mal üzlərinə baxmaq yerinə qabağında durub diyəcəksən ədə sə əyər ərəbdən qabağagən heş belə yazıların yoxdursa mənim minlərcə il qabağdan qoşuqlarım var bayatıları, qoşmaları, geraylıları, aşıq sözləri ...
farsca , türkcə-farsca-arabca, arabca Şiir yazarlarımız nə boyda da onlardan bətər qaçıblarsa, yanlış qaçıblar! Onlara qaçmaqdandırsa özlərinə yürüməqləri gərəkirdi!
Saygı yerində, ancaq yanlışdan dərs almaq gərəkir. Oturub da genə ona baş verməq düz deyil.
Fars 2500 illiq bir millətsə bizim Oğuz xanın çağından söz ediləndə 5000 ildən danışılır!
**************************************************************************************
Dannamaq yetər. indi deyəcəksiz elə sən də yanlız danlıyırsan! :) neyniyim , ürəyim yanır qandıranmıram da.
**************************************************************************************
Mehran Baharlıya ilişirlər Degi guruhuna görə! ((hələ başqa qonuları tartışmıram,Dil mənə daha önəmlidir!)). Oğlum, qızım bizdən bu Dili ala ala eşşək eliyib miniblər!
Dilinə dal çıxarsan onda hər zadı, torpağını da geri alıb qaytarabilərsən! Onların qorxusu da budur.
Urmu glünü necə qurutdular?!
Urmunun dilini ala ala, adamları ÖZlərinə duyarsızlaşdırdıqca oldu bu iş. Kökünün qurudulmasını görənməyəcəq günə saldılar.
Mehran adsız biridir? Kimliksiz biridir? Ona görə bəyənmirsiz? Ya onun boyda yazanmırsız diyə?
Kimliği doğru öz kimliği olan millətçi nə boyda var? Sayısını buyurun? Bunu danlamıram. Nədən gizlin olmaq gərəktiğini bilirik.
Ancaq ona sataşmaqdan da əlinizə bir zad geçmiyəcək, daha da zünüzdən zaqlaşdırmağa nədən olacaq. Niyə? Mehrana görə deyil...--onu sevənmirsinizsə başqa Bilgili, bilici, doğru dil bilimi olanlardan yararlanın. (mən tanıyanlar Nasir Mənzuri bəy, Ersan Erel bey kiminləri. Başqaları da varsa dalına düşün tanıyın öyrənin bizə də deyin, bunlar mənim Öyrətmənlərim, dallarına düşüb hər zama yeni zadlar öyrənmək istədiğim Pirlərim siz deməli!)—Niyəni unutmadan dönüm niyəyə :) :
Sataşırsan ona qarşı dura dura, dil qabağında durmağa bərkirsən! elə bu qatmaqarışıq, Naxırçı çörəyi kimin hər evdən nə olduğu bilinməyən zadları dilinə qatsan ona da pis-pis savınıb özünə dil bilsən, bundan daha pis günə qalacaqsan!
Dili arınmaq, yeri olduqca (bizim dildə yeri çox dur dili öyrəndiqcə onun əsnəkliğini, bilimsəlliğini, quruluşunu gördükcə anlayacaqsız) öz sözcüklərimizi –ister eskiden işlenenler, ister yeni qurulanlar- yerləşdirməq onu zənginləşdirəcəq, onu gücləndirəcəq,... bununda öz geçmişini də anlıyacaqsan, kökünü də, kimliğini də,... ondadır ki kimsəyə kləliği də özünə yedirdənmiyəcəqsən. Özgürlüğünü də alacaqsan!
Görəsən bunu anlamaq o boyda çətindir?
**********************************************************************************************
Vallah danlamaq yetdi mənə də, yeni tanıdığım , bundan sonra ondan da çox bilgilər əldə etməğə çalışacağım çox dəyərli sayın “Ersan Eril” bəydən çox ad danışıqımda... balaca aldığım bilgilər məni çoxlu sevindirdi, yenidən həyəcanlandırdı.
Durun onları sizinlə də paylaşım. Mən bir yeni zad öyrənincə paylaşmasam, partlıyaram :P
Bilə bilirsiniz də, ancaq qoyun mən də deyim da! Bilməyənlər olsa bilsin, bilənlərə də yenidən bildirilsin.
Bizim canımızdan çox sevdiğimiz, (nədənsə...! ) Təybizli qəydəşlərimiz. Deyəndə Təybiz gülürük... pis-pis də gəlib TƏBRİZ deyib zümüzü daha bilgili görsədirik.
Balam yanlışımış.
Tərbiz Düzüdür. Bundan sonra mən də TƏRBİZ yazacam hər yerdə. Bunu URMU kimin yazmağını hamıya alışdırıb düzünü yerləşdirməliyik.
Nədəni hardan gəldiğini Sayın Ersan beyden ayrıntılı soruşub yazaram.
Mənim canımdan Çox sevdiğim bir başqa yer də MAKI dır. Daş Makı... mən Bakı ya gedəndə bətər qanım qaynamışdı oraya. Indi bilirəm niyə.
Bakı – Makının Qardaşıymış.
Bakı ( Dağ üstü ) , Makı (Dağ arası) anlamındadır. ... – düz anlamışsamsa eskidə Magı, Bagı olaraq bu adlar Divane Loğat Türk də geçiblər.
Bu fars bijlərinin tez mah ku, bad kube anlam vermələri yanlış. Zırıllamışlar!
Yerlərimizin lap eski və öz adlarını tapıb yazaq. Başardıqca yazılarımızda türkcə sözcükləri işlədəq.
Ərəb alfabesini buraxaq!!! O bizə yaramır.
Latin alfabesiylə yazaq!
Deməyin millətə çətindi siz allah!
Indi daha əmcək əməndən, pəpə yeyənəgən hamı latin alfabesini bilir. ( ən azı İngiliz alfabesini hammmmmııı bilir ). Yox deməyin vallah beş barmaq gələr! Məni qoca çağımda çığırtmayın, özünüzü dövdürməyin!
**********************************************************************************************
Bilgi yığın, əliniz çatan hər yerdən, hər kimdən.
Paylaşaq, yayaq, bilgilənib bilgiləndirəq.
Özgürlüğün istəyi millətdə bununla oyanacaq. Məndən demək.
Bu günlük məndən bu boyda, bondan sonrasını da görək boylum necə olur!
Kaydol:
Kayıt Yorumları (Atom)

0 yorum:
Yorum Gönder