bunu çoxdan yazmışdım indi paylaşıram :::
Bizim son çərşənbələrdə olan gələnəklərimiz....
Od yandırmaq, üstündən atlamaq. (( atıl batıl çərşənbə , bəxtim açıl çərşənbə ))
Şal sallamaq. (( bacalardan evin içinə şallarını atırdılar içəri, o evdə o şala yumurta, pul, ... nə varsa və adamına görə nə gərəkirsə bağlayıb dama atardılar ki şal sallayan alsın. ))
Pilov pişirirlər (( lap əziz yemək Pilavıdı, o günün bayramdan daha çox dəyərli olduğundan o gün ən yaxşı yeməği pişirərmişlər )) (( hindi-pilav, balıq-pilav, ... ))
Qırmızı Yumurta (( qırmızı soğan qabığını yumurtayla birlikdə suda qəynədirlər, qırmızı olur. Ya samanda qaynadırlar sarı olur. Ancaq qırmızı soğanı olmayan sarıya boyardı. ))
Ayna tutmaq. (( aydınlıqdı, evin qapısını döyüb ayna tutana o ev sahabı evdən ona töhfə verərdi. ))
iynə suya atmaq. (( su içinə bir kasa qoyub iynəyi ona atardılar, içinə düşərdiysə diləkləri qəbul olarmış. ))
oğlan əvi qız evinə töhfə olaraq Qoçu, Qoyunu boyayıb göndərirlərdi. Bu qalır oğlanın mal varlığına. Bir tabaq şirni belə ola bilərdi.
Iki kişi çıxardılar bu gün, üz gözlərini boyayıb, oynardılar. Davar dərisi, keçi dərisi geyinib birisi çalar, birisi oynardı. Onlar qapı qapı dolanıb paylarını istərdilər.
Bir oxumağı da varıdı bir qısmı yadımda.... (( kösəm bir oyun eylər, keçini qoyun eylər ))
Bular ancaq yas tutan evlərə getməzdilər.
Mənim Ədəm (( böyük babam, Babamın Atası )) kəndin kətxodası olduğundan onlara çox gələrdilər.
ancaq görünür bu il mən buların heçbirini görmüyəcəm. Olsun. Mən 30uma bayramsız, girəcəm. Od bayramı da il bayramı da . 30-un bayramı olmazımış !!!!!
Kaydol:
Kayıt Yorumları (Atom)

0 yorum:
Yorum Gönder