16 Eylül 2011 Cuma

Dərin yatıb Heş oyanmasam

Qaranlıq, çəmli, sonu bilinməyən bir yolda addımlıram. Dalıma dönüb baxanmıram, qabağım görünməzdir. Sağ solda nə olur bilmirəm düm düz gözlərim dörd açıq tələsik addımlıyıram. Bəlki qaranlıqlar qurtulacaq yerə yetirəbilim diyə.
Gecə quşu səsi, yelin ağaclara yarpaqlara toxunması, qayaların qorxulu görkəmi, ...
Bu arada ürəyim də durmadan içimdə sağa sola təpik atır, sanki deşib çıxmaq istiyir bunca illik yaslandığı yerdən.
Haraya getdiğimi belə bilmirəm, yolda nə var umrumda degil. Nə olacaq? Bilmirəm.
Bilmək də daha istəmirəm. Düşünməkdən yoruldum. Nə olur olsun mən hızımı kəsmədən gedirəm. Ya daşa qayaya güpsüyüb çarpacam ya da ... nə boyda düşüdüm bir “ya da”-ya yanıt tapmadım.
Arada bir yolda tanış səslər yaxınlaşır, deyib gülürəm bu qorxulu yolu unudum diyə, ama səslər çəkilincə genə görüntü odur ki vardı.
Bir an bir damla düşür üzümə oxşuyur yanağımı sərinlədir ama o da qalıcı deyil. Bir can verir gedir gəldiği yerə. Gedir başqa yanaqları oxşamağa, yollarında bir can əsintisi olmağa.
əl qol atıram, arada oynayaraq, oxuyaraq, uçan quşlarla danışaraq gedirəm ama olar da bir var bir yox.
Yanı yol o qorxulu, kədərli, qaranlıq, ... arada üzərindən geçən ya da yol boyu neçə addım yanımca gələn gözəl şeylər olur azacıq olsa belə, dürtüb qoymur düşəm ilərlədir.
 Deyirəm gözəl allahım niyə gözəlliklər damazlıq olurlar?
Ürəyim çarpır ama heş gözəl bir çarpıntı kimin deyil. Içimdə bir zad qurcalayır, beynimdə düşüncələr dönür dolaşır, çöşüdür, uyuşdurur,kırıxladır,canımı sıxır və dərin bir dənizin dibinə çəkir.
Üzmək bilmirəm, əl qolum kırıxlıyıb çabalıyanmıram, üstümdə olan suyun ağırlığı da bir yandan. Nəfəs çəkmək də get gedə zorlaşır.
Boğazımda düyümlər də boğaz yolunu kəsib ağızdan da nəfəs alanmıram.
Get gedə gözlərim də yoğunlaşır, kilpiklərim ağırlaşır, dərin uzun bir yuxuyagirsəm.
Heç oyanmasam

0 yorum:

Yorum Gönder