16 Eylül 2011 Cuma

Heç suç işləmədən suçlanıb, ürəyinizdə bir sağalmayan yara düşdü mü?

Heç suç işləmədən suçlanıb, ürəyinizdə bri sağalmayan yara düşdü mü?

by Elmira Yarpız Yarpağı on Monday, August 15, 2011 at 3:22pm
Heç suç işləmədən suçlanıb, ürəyinizdə bri sağalmayan yara düşdü mü?
Bağışlayabildiniz mi?
Bağışlayıb ancaq omuzlarınızda oturan, ağırlıq salan, yalandan hörülən zəncirlərin yükü qalxdı mı?
Qalxar deyirlə
Döz unudular deyirlər
Sən üzülmə, üzülən suçu işliyən olsun deyirlər
Ama suçlu suçunu anlamaz ki, beləsinədi
Dözürsən
Özünü sevindirəcək eski uşaqsıl dünyana qapdırırsan
Deyirsən, gülürsən
Nəşələnirsən
Gəzirsən, tozursan
Oxursan, oynursan

Ancaq biraz susduğunda...
boğazında düyümlənən o yığılmış acıyı udqunmağa çalışırsan
Göz yaşların axmadan olmur axı, udqunanmırsan
O yaranın ağzı hər açıldığında canına sancı salır
saymamazlıqdan gəlirsən
görməməzliqdən gəlirsən
uşaqlığına dönüb uçursan,
genə özün olursan.
bir quş oxumasıyla,
bir yel əsintisiylə
bir damla sərinliğiylə
ağacların yarpaqların oynaya oynaya yerə gəlməsiylə
söyüd ağacıdın dallarının tavlanmasıyla
bulağdan çıxan suyun pokquldamasıyla
axar çayların daşlarla savaşıyla
ulduzların göz vırmasıyla
ayın gülümsəməsiylə
günün şaqqamasında bulutların oynaqlamasıyla
sulanmış torpağın qoxusuyla...
hamıya sevgi saçarak, gülümsəmənlə
unudursan ürəyində açılmış damla damla qan axıdan yaranı
ama o hər an səni öz yadına salmağa ordadır
bir dikilməz yara,
düzəlməz
sağalmaz
sazalmaz
acımasız...

0 yorum:

Yorum Gönder