Bir neçə adam arası çeşidli düşüncə olursa və bu düşüncələr bir birləriylə çelişkinsə , onda adamlar her birisi öz düşüncəsini düzgün bilirsə bundan da geri çəkilib altdan almırsa və hit-nit mən diyəndir deyirsə, bildiğini dədəsinə də vermiyə, onda bu adamlar hərəsi bir “Hampadır” deyirlər.
Bir kitlədə, budur ki var, mən diyən düzdü. Dala da oturmam. Mən diyən olacaq! Mən nə desəm o düzdü. Mənim düşüncəm ən doğru düşüncədir, deyənlər çox olsa əyər. Bu toplumda hammı 1 Hampadır deyilir. Yarım Hampa yoxdur.
Indi bu Hampa hardan gəlir? “bunu babamdan soruşub 2009 da yazmışdım ancaq görürəm ki bu günlər də bu bir daha da deyilsə pis deyil” :)
____________________
Hər kəndin öz çəvrəsində özünə görə əkin için yerləri(torpağları) var. Bu yerlər bir zamanlar Xanların əlindəydi. Ancaq “İslahat-i Ərzi” çıxanda o yerləri kəndlilər arasında bölüşdülər.
Bu bölüşmə bütün kəndlilərə eşit olaraq olmadı. Güclü ayilələrə daha çox yer və gücü az olanlara da nə boyda gücü var olduğuna dayanaraq bölündü.
O zamanlar yerləri Tıraxturdan yox, Öküzlə sürürmüşlər. Öküz də bahalı bir heyvandır onun alıb saxlaması, saxlamağının üstündən gələnlər azıdı.
Ona görə ayilələrin gücü onların saxlayabildiqləri Öküz sayısına bağlıymış.
iki(2) Öküzü olan ayiləyə 1 Hampa yer verilirdi.
Bir(1) Öküzü olan ayiləyə yarım Hampa yer verilirdi.
iki ayilə birləşib bir öküzləri olsaydı onların hər birinə bir Dırnaq yer verilirdi.
Indi bu Hampa nə boydaymış onu deyim sizə:
Hər bir Hampa = 40 Somar elirmiş.
Hər Somar = 4 min m^2 = bu kənddən kəndə çeşidli sayılar da oolabilər.
Hər Dırnaq = bir Hampanın dört də biri ( ¼ Hampa )
O kəndin içində bir Hampa olan adamlar daha güclü olmalarına görə, sözləri də geçərliydi. Zor da diyə bilərdilər. Ona görə bir yerdə hamı istəsə öz sözünü diyə, və dediğini dədəsinə də vermiyə, harda qala obirilərə, deyilir burda hamı Bir Hampadır, yarım hampa yoxdur.
Umarım bu bilgidən yararlanmış olasız!
Indi siz bir Hampasınız ya yarım hampaya da yenərsiz? (hələ dırnaq istəmədik olasız o boyda da alçaq gönüllülüq çox olar, pozar adamın dəngəsini :) )
Kaydol:
Kayıt Yorumları (Atom)

0 yorum:
Yorum Gönder